Gəncədə 20 Yanvar şəhidləri anıldı - FOTO

Gəncədə 20 Yanvar şəhidləri anıldı - FOTO
13:23 20 Yanvar 2015
140 Sosial
Ölkə mətbuatı
A- A+

Gəncədə 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib.

Kəpəz televiziyası (Region TV) xəbər verir ki, səhər saat 10-dan etibarən idarə və müəssisə nümayəndələri, məktəblilər və şəhər sakinləri 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılan abidəni ziyarət edərək xalqımızın qan yaddaşını bir daha yeniləyiblər. Qərənfillərə qərq edilən abidə önündə məktəblilərdən ibarət qarovul dəstəsi də dayanıb, uzun illər həsrətini çəkdiyimiz, yenidən qovuşduğumuz azadlığımız uğrunda canından keçən şəhidlərin xatirəsi hörmət və ehtiramla yad olunub.

Günay Nəcəfova – sakin: "Bu gün həmin faciənin 25 illiyi tamam olur. Bu soyuqda isti paltar geyib məktəbə getməyimizdə şəhidlərimizə borcluyuq. Biz onlarla fəxr edirik".

İlahə Abdullayeva – sakin: "Yoldan ötən yaralı, haraya yetən yaralı, başsız bədən yaralı, biləklər qan içində".

Ceyhun Məmmədov - sakin: "20 Yanvar faciəsinin qurbanlarının xatirəsi 25 ildir ki, hər il anılır".

Milli.Az











Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/320004.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR