Ölkədə partlayışların və onun qurbanlarının sayı artıb

Ölkədə partlayışların və onun qurbanlarının sayı artıb
13:23 20 Yanvar 2015
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda baş vermiş partlayışlar zamanı ölən və yaralananların sayı artıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə bildiriblər ki, 2014-cü il ərzində respublika ərazisində 36 partlayış hadisəsi baş verib ki, bu da 2013-cü il ilə müqayisədə 7 hadisə və ya 24% çoxdur.

Partlayışlar zamanı 16 nəfər həlak olub, 75 nəfər xəsarət alıb. 2013-cü illə müqayisədə ölənlərin sayı 9, xəsarət alanların sayı isə 43 fakt artıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2355192.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR