20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir

20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir
13:23 20 Yanvar 2015
72 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, AzərTAc
20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq o təkcə faciə deyil, bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür.
Bu sözləri Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gəlmiş Şamaxı sakini Aqil Bəkirov AzərTAc-a müsahibəsində deyib.
O bildirib ki, böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu bir daha nümayiş etdirdi.
20 Yanvar uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsinin ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyimizi bərpa etdik.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar_Azerbaycan_tarixinde_qanla_yazilmis_bir_sehifedir-826032

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR