Avtobuslar 24 saat işləyə bilər - VİDEO

Avtobuslar 24 saat işləyə bilər - VİDEO
13:24 20 Yanvar 2015
114 Sosial
Ölkə mətbuatı
A- A+

Nəqliyyat Nəzirliyinin rəsmisi bunun üçün səbəbləri açıqladı
Paytaxtda gecə marşrutlarına ehtiyac olduğu barədə Milli.Az araşdırma hazırlamışdı.

Anspress mövzunu davam etdirib.

Paytaxtda gecə saat 11-dən sonra mənzil başına çatmaq müşkül məsələyə çevrilib. Ya yolda gecələməlisən, ya da əlin cibində olmalıdır ki, taksiylə gedəsən. Bu isə hər kəsin imkanı daxilində olan bir iş deyil. Görünür, Avropa ölkələrində illər əvvəl adi hala çevrilən yeniliyin Bakıda tətbiq olunmasının artıq vaxtıdır. Söhbət şər vaxtı insanları mənzil və ya iş başına çatdıran gecə marşrutlarından gedir. O marşrutlar ki, sovet dövründə paytaxtda 24 saat işləyirdi. 9-12 nəfərlik həmin xırda tutumlu növbətçi avtobuslar insanları həm də ucuz qiymətə daşıyrdı.

Hazırda isə gecələr yollarda qalanlar, saatlarla avtobus gözləyənlər olur. Ekspertlərin fikrincə, Azərbaycan yeganə ölkədir ki, burada ictimai nəqliyyata gəlir sahəsi kimi baxılır. Ona görə də özəl sərnişindaşıma şirkətləri bu məsələyə bir qədər biganə yanaşırlar. Ekspert Ərşad Hüseynov deyir ki, Avropa öləkələrindəki bu təcrübəyə çoxdan gecikmişik.

Sovet dövründə gecə marşrutlarının işlədiyini deyən ekspert Ərşad Hüseynovun sözlərinə görə, bunun səbəbi sovet dönəmində 3 növbəli iş sistemilə işləyən bir çox istehsal müəsissələr var idi: "İqtisadiyyatda yenilənmə baş verdi. Bu gün Azərbaycanda az sayda müəsissələr var ki, orada 3 növbəli iş sistemi tətbiq olunsun. Amma belə müəsissələr hazırda var. Belə müəsissələri nəzərə alıb bunu təşkil etmək olar".

Bakı sərnişin nəqliyyat departamentindən bildirirlər ki, belə marşrutlar gələcəkdə xəttə çıxarıla bilər. Amma bunun üçün qərarı Nəqliyyat Nazirliyi verməldir.

Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənov hazırda gecə saatlarında şəhərdə insanların azlığını əsas gətirərək bu cür marşrutlara ehtiyac olmadığını bildirdi. Onu da əlavə etdi ki, vətəndaşlar hər hansı bir müraciət daxil olarsa, o zaman bu cür marşrutlar istismara buraxıla bilər.

"Magistral yollar buz bağladığına görə, sürücülərin gecə yorğun olması, eləcə də işıqlandırma sistemində müəyyən problemlər olduğuna görə, o vaxt rayonlara gecə reysləri ləğv olundu. Amma şəhər daxilində bu praktikaya baxmaq olar. Əgər zərurət olarsa, yəqin ki, bu məsələyə Nəqliyyat Nazirliyi, həmçinin bu işə bağlı aidiyyatı qurumlar buna baxa bilərlər. Sadəcə olaraq buna zərurət yoxdur”.

Hələlik paytaxtda gecə marşrutları olmasa da, olimpiya oyunları ərəfəsində ictimai nəqliyyatın iş vaxtı uzadılacaq. Bir növ, avtobuslar gecə marşrutları kimi fəaliyyət göstərəcək.

Milli.Az

Uyğun link:


Bakıda gecə inqilabı olacaq


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/319999.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR