İyirmi beş il əvvəl baş verənlər hər bir azərbaycanlı üçün qürur mənbəyidir

İyirmi beş il əvvəl baş verənlər hər bir azərbaycanlı üçün qürur mənbəyidir
13:24 20 Yanvar 2015
107 Ölkə
Ölkə mətbuatı
A- A+


Ağdam, 20 yanvar, Tahir Ağaməmmədov, AzərTAc 
20 Yanvar faciəsinin 25-ci ildönümü münasibətilə Ağdam rayonunun girişindəki Şəhidlər abidə kompleksi qarşısında ümumrayon anma mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, rayon rəhbərliyi, ağsaqqallar, gənclər, ziyalılar, əmək kollektivlərinin nümayəndələri, müharibə veteranları, şəhid ailələrinin üzvləri, hərbiçilər abidə kompleksi önünə tər qərənfillər düzüblər. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının ruhuna dualar oxunub.
Mərasimdə çıxış edənlər xalqımızın azadlıq mübarizəsindən, keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı apardığı ayrı-seçkilik siyasətindən, 25 il əvvəl Bakıda törədilən qanlı hadisənin səbəblərindən, faciənin ağır nəticələrindən danışıblar. Bildirilib ki, 20 Yanvar xalqımızın tarixinin həm faciəli, həm də şərəfli səhifəsi, hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Çıxışlarda qanlı Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsində, faciənin günahkarlarının üzə çıxarılmasında, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz tarixi xidmətlərindən də bəhs edilib.
Tədbirdə Ağdam Dram Teatrının hazırladığı kompozisiya göstərilib.
Saat 12.00-da 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, avtomobillərdən səs siqnalları verilib.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Iyirmi_bes_il_evvel_bas_verenler_her_bir_azerbaycanli_uchun_qurur_menbeyidir-826031

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR