Xaçmaz, 20 yanvar, Elxan Yusifli, AzərTAc
Xaçmaz şəhərindəki Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsi böyük ehtiramla anılıb.
AzərTAc xəbər verir ki, minlərlə xaçmazlı xiyabanda uyuyan şəhidlərin məzarları önünə gül dəstələri düzüb, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olanların xatirəsi önündə baş əyib.
Azadlıq yolunda canından keçən 20 Yanvar şəhidləri arasında Xaçmaz rayonunun Uzunoba kəndinin sakini Zahid Adbullayev də olub.
Mərasim iştirakçıları onun xiyabandakı xatirə lövhəsinin önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.