Əvvəlcə vətən uğrunda canından keçənlərin ruhuna dualar oxunub. Daha sonra Şəhidlər xiyabanında rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və sakinlər şəhidlərin xatirəsini ehtiramla anaraq məzarları önünə tər çiçəklər düzüblər.
Kəpəz TV (Region TV) xəbər verir ki, faciədən 25 il keçməsinə baxmayaraq, Tovuzda yerləşən Şəhidlər xiyabanında böyük izdiham yaşanıb. Hər kəs vətən uğrunda canından keçən oğul və qızları unutmadıqlarını bir daha sübut edib.
Qeyd edək ki, Qanlı Yanvar gecəsi Tovuz rayon Xatınlı kənd sakini Nəriman Hüseynov və Ağstafa rayon Vurğun qəsəbə sakini Habil Əzizov da şəhidlik zirvəsinə yüksələnənlər sırasında olub.
Milli.Az