Maskalı şəxslər evə hücum edib - BAKIDA

Maskalı şəxslər evə hücum edib - BAKIDA
13:44 20 Yanvar 2015
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda quldurluq hadisəsi baş verib.

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 19-da Xəzər rayonunun Buzovna qəsəbəsində Nazim Kərimovun yaşadığı evə açıq qalmış qapıdan girən 4 maskalı şəxs bıçaqla ona xəsarət yetirib, pul və qızıl əşyalar verməsini tələb edib, müqavimətlə rastlaşdıqlarından hadisə yerini tərk edərkən N.Kərimov onlardan birini tutub hadisə yerinə gəlmiş polis əməkdaşlarına təhvil verib.

 

Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı həmin şəxsin Bakı şəhər sakini Xəyal Əlimərdanov olması müəyyən edilib və hadisəni 3 nəfərlə birgə törətməsini etiraf edib.

 

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə R.İsgəndərov tutulub, digər şəxslərin tutulması üçün tədbirlər davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190877

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR