Övlad həsrəti çəkdi, 5 uşağı oldu

Övlad həsrəti çəkdi, 5 uşağı oldu
13:51 20 Yanvar 2015
376 Sosial
Ölkə mətbuatı
A- A+

Çindən olan cütülük altı il ərzində övlad sahibi olmaq üçün əllərindən gələni edib. Uzun müddət övlad sahibi olmayan çinli qadın birdən hamilə qaldığını eşidib. Amma bir körpə gözləyən ailə birdən-birə 5 uşaq sahibi olub.

ANS PRESS-in "Central European News"ə istinadla verdiyi məlumata görə, 33 yaşlı Vu Campinq və 34 yaşlı Janq Yonqli 2008-ci ildə doğulub.

Cütlük 5 uşağa heç bir kənar vasitənin təsiri olmadan, təbii yolla sahib olublar. Həkimlərin sözlərinə görə, bu çox nadir hadisədir. 65 milyonda bir müşahidə edilə bilər.

Janqın sözlərinə görə, ailə 5 uşaq haqqında xəbər alanda həkimlərdən onların sayının azalda bilib-bilməyəcəklərini soruşublar. Lakin həkimlərin cavabı yox olub.

Vu 5 uşağı sağ dünyaya gətirsədə körpələrdən biri ölüb. Digər 4-ü isə həkim nəzarəti altındadır. Körpələrdən ən balacasının çəkisi cəmi 500 qramdır. Körpələrin həyatda qalma şansını həkimlər yüksək qiymətləndirilər. Onların fikrincə, yaxın bir necə gündə ailə 4 balcanı evə apara biləcək.


Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=41&nid=320707

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR