Paytaxtın ölüm yolu: gecə işıqları söndürürlər... - VİDEO

Paytaxtın ölüm yolu: gecə işıqları söndürürlər... - VİDEO
13:57 20 Yanvar 2015
421 Sosial
Ölkə mətbuatı
A- A+

Sumqayıt yolunda gecələr işıqları söndürüb piyadaların və sürücülərin həyatına təhlükə yaradırlar
Milli.Az xəbər verir ki, avtosfer.az-ın oxucusu Baxış Süleymanov olduqca maraqlı bir mövzu ilə bağlı video göndərib. B.Süleymanov deyir ki, bu video yanvarın 18-də axşam saatlarında çəkilib. Bura çoxlarının Bakı-Sumqayıt yolu kimi tanıdığı Bakı-Rusiya Federasiyası beynəlxalq avtomobil yoludur. Yəni, beynəlxalq əhəmiyyətli yoldur. Amma bu yolda hərdən elə xoşagəlməz vəziyyət yaranır ki, sürücülər narahat olurlar.

Məsələn, Baxış Süleymanovun dediyinə görə, Xırdalandan üzü Sumqayıta gedən yolda işıqlar sönüb: "İşıqlar düz "Abşeron gənclər şəhərciyi"nin qurtaracağına kimi sönülü idi, göz-gözü görmürdü. Avtomobillər çətinliklə hərəkət edirdi. Mən hər gün bu yolu gedib-gəlirəm. Arada işıqlar sönülü olur. Elə vaxt olur ki, işıqlar düz Sumqayıta kimi sönülü olur. Bu, həm sürücülər ücün, həm də piyadalar ücün təhlükəlidir. Bu ərazidə qəzalar tez-tez baş verir. Çox vaxt da piyadaların vurulması ilə nəticələnir. Buna qarşı heç bir tedbir görmürlər. Məhz buna görə də ölümlə nəticələnən qəzalar durmadan artır".

Yəqin ki, aidiyyatı qurumlar bu problemi tezliklə həll edəcək. Çünki videodan da göründüyü kimi, həmin yolda yerüstü piyada keçidi var və bu keçiddən istifadə edən piyadaların qaranlıq yolda həyatı təhlükə qarşısındadır.

Milli.Az


Videonu izləmək üçün şəklə klikləyin.

фото


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/320002.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR