"Neftçi" Çin klubuna "atdı"

"Neftçi" Çin klubuna "atdı"
14:07 20 Yanvar 2015
179 İdman
Ölkə mətbuatı
A- A+

“Neftçi”nin Antalya təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi üçüncü yoxlama oyunundakı rəqibi dəyişib. Fanat.az xəbər verir ki, komanda Çinin “Quyzhou Rehne” klubu ilə qarşılaşmaqdan imtina edib. 


Buna səbəb Türkiyənin “Elazığspor” klubundan gələn təklifdi. Beləliklə, "Neftçi" bu gün Bakı vaxtı ilə saat 19.00-dan etibarən futbolçu Cavid İmamverdiyevin icarə əsasında çıxış etdiyi “Elazığspor”la üz-üzə gələcək.


Qeyd edək ki, qarşılaşmadan öncə 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək və futbolçular oyuna qara sarğı ilə çıxacaq.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotneftciquot-cin-klubuna-quotatdquot-t17630.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR