20 Yanvar faciəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir

20 Yanvar faciəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir
14:08 20 Yanvar 2015
114 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, Tərgül Ağayeva, AzərTAc
20 Yanvar faciəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir.
Bu sözləri yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edən Bakı şəhər sakini Dilarə Mövsümzadə AzərTAc-a müsahibəsində deyib.
O bildirib ki, iyirmi beş il bundan əvvəl Bakıda törədilən qırğın Azərbaycan xalqının milli azadlıq mübarizəsini boğmaq məqsədi daşısa da, bu qanlı hadisə xalqımızın müstəqillik əzmini, azadlıq mübarizəsini qıra bilmədi.
Vətən oğullarının qanı bahasına uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq, ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən uzun illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə dərin nifrətini bildirir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar_faciesi_Azerbaycan_xalqinin_qehremanliq_salnamesidir-826051

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR