Türkiyə vətəndaşının yaşadığı mənzilə baxış zamanı marixuana və elektron tərəzi aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları tərəfindən yanvarın 18-də narkotik vasitə ilə tutulmuş Türkiyə vətəndaşı Adil Yavuz Ziya oğlu Ferinin Sumqayıt şəhərində yaşadığı mənzilə baxış keçirilib.
Baxış zamanı 1 kiloqram 19 qram marixuana və elektron tərəzi aşkar edilərək götürülüb.
Milli.Az