Hərbçilər şəhidlərimizi yad etdilər (FOTO)

Hərbçilər şəhidlərimizi yad etdilər (FOTO)
14:18 20 Yanvar 2015
94 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir İlkin İzzət/

Müdafiə Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Hərbi qulluqçular Vətənin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.

Bundan əlavə, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib. Əvvəlcə xalqımızın ümümmilli lideri Heydər Əliyevin və Qanlı Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət himni səsləndirilib.

Sonra hərbi məktəbin rəisi, birinci dərəcəli kapitan Əlimərdan Quliyev çıxış edərək vurğulayıb ki, Azərbaycan xalqının müstəqillik, demokratiya və azadlıq uğrunda mübarizə tarixinə sınaq anları kimi əbədi daxil olmuş 20 Yanvar faciəsi təkcə itkilər, nisgillər və yaralarla deyil, xalqımızın qan yaddaşına qəhrəmanlıq səhifəsi kimi də həkk olundu. O, 20 Yanvar faciəsini törədən cinayətkarların ifşa olunmasında xalqımızın ümümmilli lideri Heydər Əliyevin rolundan, qanlı hadisələrin dünya ictimaiyyətinə çatdırılması istiqamətində aparılan işlərdən məlumat verdi.

Digər çıxış edənlər də 20 Yanvar qırğınının dəhşətlərindən bəhs ediblər.

Sonda 20 Yanvar faciəsinə dair film nümayiş olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2355233.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR