Şəhidlər xiyabanı xalqımızın yenilməz iradəsinin rəmzinə çevrilib

Şəhidlər xiyabanı xalqımızın yenilməz iradəsinin rəmzinə çevrilib
14:18 20 Yanvar 2015
86 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, Ceyhun Rüstəmov, AzərTAc
1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, qəhrəmanlıq səhifəsi kimi daxil olub. Bu gün Şəhidlər xiyabanına gələnlər o müdhiş gecəni bir daha xatırlayır, faciəni törədənlərə dərin nifrətlərini bildirirlər.
Bu sözləri AzərTAc-a müsahibəsində 20 Yanvar şəhidlərinin xatirəsini anmaq üçün Şəhidlər xiyabanına gələn Məcid İsmayılov deyib.
“Bu xiyaban xalqımızın müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib”, - deyən M.İsmayılov hər il yanvarın 20-də Şəhidlər xiyabanına gələrək qəhrəman oğul və qızlarımızı yad etdiyini vurğulayıb: “Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından 25 il keçsə də, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur. Hər bir azərbaycanlı öz xalqına divan tutan sovet imperiyasının o vaxtkı rəhbərliyinə və onların Azərbaycandakı nökərlərinə dərin nifrətini bildirir”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sehidler_xiyabani_xalqimizin_yenilmez_iradesinin_remzine_chevrilib-826057

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR