Ərdoğan: Türkiyə enerji layihələrinin reallaşdırılmasını davam etdirəcək

Ərdoğan: Türkiyə enerji layihələrinin reallaşdırılmasını davam etdirəcək
14:33 20 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə enerji layihələrinin reallaşdırılmasını davam etdirəcək. Trend-in TRT telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Dövlət başçısının sözlərinə görə, Türkiyə artıq Azərbaycanla birgə bir sıra enerji layihələri həyata keçirib.

Prezident bildirib ki, bu ilin martında Transanadolu qaz kəməri (TANAP) layihəsinin təməli qoyulacaq.

R.T.Ərdoğan deyib ki, Türkiyə regionun enerji qovşağına çevriləcək.

Onun sözlərinə görə, Avropa hələ “Nabucco” layihəsini reallaşdırmaq istəyəndə Türkiyə TANAP layihəsinin reallaşdırılmasına başlamışdı.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2355235.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR