Biz gənclər şəhidlərimizlə qürur duyuruq

Biz gənclər şəhidlərimizlə qürur duyuruq
14:38 20 Yanvar 2015
204 Ölkə
Ölkə mətbuatı
A- A+


Ağdam, 20 yanvar, Tahir Ağaməmmədov, AzərTAc 
20 Yanvar faciəsinin 25-ci ildönümü münasibətilə Ağdam rayonundakı “Şəhidlər” abidə kompleksini ziyarət edən minlərlə ağdamlı arasında gənclər üstünlük təşkil edirdi.
Ağdamlı gənclərdən biri – Zəfər İmanov AzərTAc-a müsahibəsində bildirib ki, 1990-cı il yanvarın 20-də Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda mübarizəyə qalxan qəhrəman oğul və qızlarımız Vətənin azadlığını öz canlarından əziz tutaraq şəhidlik zirvəsinə yüksəliblər. Odur ki, xalqımız 20 Yanvar faciəsi qurbanlarının qəhrəmanlığını unutmur, şəhidlərin əziz xatirəsinin daim uca tutur. Biz gənclər şəhidlərimizlə fəxr edirik.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Biz_gencler_sehidlerimizle_qurur_duyuruq-826062

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR