Sloveniya Prezidenti Nataşa Pirts-Musar 31 iyul tarixində avtomobil qəzasına düşüb.
Metbuat.az xəbər verir ki, bu barədə "Delo" qəzeti məlumat yayıb.
Qeyd olunub ki, Sloveniya lideri yalnız yüngül xəsarətlər alıb. Qəzetin məlumatına görə, 31 iyulda məzuniyyətdən qayıdan Prezidentin kortejinə aid iki xidməti avtomobil Kastelets tunelində toqquşub, nəticədə iki nəfər xəsarət alıb.