Gəncədə fərdi yaşayış evində yanğın olub.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumatına görə, hadisə şəhərin N.Nərimanov prospektində 6-cı döngədə 3 mərtəbəli fərdi yaşayış evində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin 4 yanğın söndürən avtomobili və 30-a yaxın canlı qüvvəsi cəlb olunub. Ümumi sahəsi 500 kvm olan evin 25 kvm əşyalarla birlikdə yanıb. Müdaxilə nəticəsində alov söndürülüb.

Faktla bağlı araşdırma aparılır.