İspaniyalı mütəxəssis Albert Riera Serbiyanın “Srvena Zvezda” klubunun baş məşqçisi təyin olunub.
Metbuat.az xəbər verir ki, 44 yaşlı çalışdırıcı ilə 2028-ci ilə qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Albert Riera son olaraq Almaniyanın “Ayntraxt” klubunda çalışıb. Deyan Stankoviç komandanın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) klubuna iki oyunun nəticəsinə görə 0:3 hesabı ilə məğlub olaraq mübarizədən kənar qalmasından sonra “Srvena Zvezda”nın məşqçi postundan istefa verib.