Bakının Xətai rayonunda yeddi avtomobilin toqquşması ilə nəticələnən zəncirvari yol qəzası baş verib.
Metbuat.az xəbər verir ki, hadisə ötən gün saat 23:30 radələrində 3-cü Şərq küçəsi, Ağ Şəhər bulvarında qeydə alınıb.
Qəzada “Mercedes-Benz”, BYD, BMW, “Audi”, “Hyundai”, “Range Rover” və “Porsche” markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində xəsarət alan olmayıb, avtomobillərə ciddi ziyan dəyib.
Qəzanın səbəbi araşdırılır.