Göyçayda daha bir yol qəzası olub.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu axşam saat 20:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayonun Qarayazı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkət etməkdə olan 99-VE-245 Dövlət Qeydiyyat Nişanlı "Opel" markalı avtomobil yolun hərəkət hissəsinə çıxan iribuynuzlu inəyə çırpılıb. Nəticədə yola qəfil çıxan heyvan tələf olub və avtomobilə isə ciddi ziyan dəyib. Baş vermiş hadisənin təfərrüatları barədə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.
Xatırladaq ki, Göyçayda bu gün ərzində ümumilikdə sayca üç yol qəzası hadisəsi qeydə alınıb.