Xəbər verdiyimiz kimi, ötən gecə Göyçayda iki nəfərin ölümü və iki nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
TƏBİB Göyçay rayonunda baş verən bədbəxt yol qəzası ilə bağlı məlumat yayıb.
Qurumdan Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2 nəfər (1 kişi, 1 qadın) 23.08.2026-cı il tarixində saat 02:30 radələrində Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda 1 nəfərin müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndilir. Bir nəfər isə öz istəyilə Ucar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub", - deyə məlumatda qeyd olunub.