İmperiyanın amansız cəza tədbirləri xalqımızın əzmini qıra bilmədi

İmperiyanın amansız cəza tədbirləri xalqımızın əzmini qıra bilmədi
15:08 20 Yanvar 2015
97 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, AzərTAc 
Milli azadlığımız, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.
Bu sözləri böyük elmi işçi Qurban Qurbanov AzərTAc-a müsahibəsində deyib.
Q.Qurbanov qeyd edib ki, 20 Yanvarda günahsız qocalar, gənclər, uşaqlar, qadınlar amansızcasına qətlə yetirildilər. Lakin bu faciə xalqımızın əzmini qıra bilmədi. 20 Yanvar təkcə faciə və hüzn günü kimi qiymətləndirilməməlidir. Bu hadisə həm də Azərbaycan xalqının azadlıq, müstəqillik, demokratiya, ərazi bütövlüyü uğrunda mübarizəsinin, dünyanı heyrətə gətirən mərdliyinin, igidlik və ədalətsevərliyinin böyük təntənəsidir. Yalnız ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verildi.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Imperiyanin_amansiz_ceza_tedbirleri_xalqimizin_ezmini_qira_bilmedi-826076

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR