“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haaland yeni Premyer Liqa mövsümü öncəsi imicində dəyişiklik edib.

Metbuat.az xəbər verir ki, 26 yaşlı futbolçu “Bornmut”la oyundan əvvəl “Sky Sports”un canlı yayımına yeni saç düzümü ilə çıxıb.

Haaland uzun və arxadan bağladığı saçlarından imtina edərək, daha qısa saç stilinə üstünlük verib. Yeni görünüşü onun “Borussiya Dortmund”da çıxış etdiyi ilk illəri xatırladıb.

 Haaland yeni imicini  göstərdi -