Şəhidlər xiyabanını ziyarət etmək müqəddəs borcumuzdur

Şəhidlər xiyabanını ziyarət etmək müqəddəs borcumuzdur
15:08 20 Yanvar 2015
70 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, Samirə Quliyeva, AzərTAc
Şəhidlər xiyabanını ziyarət etmək müqəddəs borcumuzdur.
Hər il 20 Yanvar şəhidlərini ziyarət etmək üçün Şəhidlər xiyabanını ziyarətə gələn Namiq Cəfərov AzərTAc-a müsahibəsində bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda ağlasığmaz vəhşiliklər törədərək günahsız, əliyalın insanları qətlə yetiriblər. O vaxtdan 25 il keçsə də şəhidlərimizin xatirəsi bizim üçün daim əzizdir.
Bakıda törədilən qırğın azərbaycanlıların milli azadlıq mübarizəsini boğmaq məqsədi daşısa da, bu qanlı hadisə xalqımızın müstəqillik əzmini, azadlıq mübarizəsini qıra bilmədi. Şəhidlərimizin xatirəsi qəlblərdə əbədi yaşayacaq. Müstəqilliyinə qovuşan Azərbaycan xalqı heç vaxt bu dəhşətli faciəni və o gecənin günahsız qurbanlarını unutmayacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sehidler_xiyabanini_ziyaret_etmek_muqeddes_borcumuzdur-826075

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR