PSJ “Barselona”nın gənc ulduzu Lamin Yamalı transfer etmək istəyir.
Metbuat.az xəbər verir ki, Fransa nəhəngi futbolçu üçün növbəti yay böyük təklif hazırlayır. İddialara görə, Paris klubunun prezidenti Nasser Əl-Xəlaifi futbolçunun düşərgəsi ilə əlaqə saxlayaraq onun “Barselona”dakı gələcəyi ilə bağlı vəziyyəti öyrənməyə çalışıb. PSJ-nin Yamal üçün 300 milyon avroya qədər təklif etməyə hazırlaşdığı iddia olunur. Məlumata görə, Fransa klubunun məqsədi 18 yaşlı hücumçunu komandanın əsas simasına çevirmək və ona dünyanın ən yüksək maaşlarından birini təklif etməkdir.
Qeyd edək ki, Lamin Yamalın “Barselona” ilə müqaviləsi 2031-ci ildə yekunlaşır və onun sərbəstqalma məbləğinin 1 milyard avro olduğu bildirilir. PSJ-nin Yamal üçün böyük məbləğ ödəmək istəyi yeni deyil, belə ki, klub daha əvvəl də onun transferi üçün 200-250 milyon avroluq təkliflə gündəmə gəlmişdi. CIES-in son qiymətləndirməsinə görə isə Yamal 358 milyon avro ilə dünyanın transfer bazarındakı ən dəyərli futbolçusudur.