Ağdaşda ölümlə nəticələnən yol qəzası baş verib.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Bakı–Ələt–Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkət etməkdə olan iki yük maşınının toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib.

Hadisənin dəqiq səbəbləri və şəxsin ölümünə nəyin səbəb olduğu hələlik məlum deyil

Faktla bağlı araşdırma aparılır.