“Qalatasaray” "Milan"ın hücumçusu Rafael Leaonu heyətinə qatdıqdan sonra İtaliya klubunun daha bir futbolçususunu transfer etmək istəyir.
Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisi yarımmüdafiəçi Youssouf Fofananın xidmətində maraqlıdır. “Qalatasaray”ın futbolçuya illik 5,5 milyon avro maaş təklif etdiyi iddia edilib. Bildirilir ki, daha 3 klub fransalı futbolçunu transfer etmək istəyir. “La Gazzetta dello Sport”un məlumatına görə, “Real Betis”, “Lion” və UEFA Çempionlar Liqasında “Qalatasaray”la qarşılaşacaq “Lill” Fofananın xidmətində maraqlıdır.
Qeyd edək ki, Youssouf Fofana bu mövsüm “Milan”ın baş məşqçisi Ruben Amorim tərəfindən hələ meydana buraxılmayıb. Fransalı yarımmüdafiəçinin İtaliya klubu ilə müqaviləsi 2028-ci ildə yekunlaşır.