Milli Qəhrəmanın atası: Xiyabanda uyuyan şəhidlərin hamısı mənim övladlarımdır

Milli Qəhrəmanın atası: Xiyabanda uyuyan şəhidlərin hamısı mənim övladlarımdır
15:23 20 Yanvar 2015
146 Ölkə
Ölkə mətbuatı
A- A+


Xaçmaz, 20 yanvar, Elxan Yusifli, AzərTAc 
Azərbaycan müstəqilliyini çox çətin mübarizə şəraitində qazanıb. Bu mübarizədə xeyli qurbanlar vermişik. 20 Yanvar şəhidləri bizim azadlıq amalımızın reallaşması üçün canlarını fəda ediblər. Biz onları heç vaxt unutmayacağıq.
Azərbaycanın Milli Qəhrəmanı Yavər Şahbazovun atası Əlibala Şahbazov Xaçmazdakı şəhidlər xiyabanında AzərTAc-a eksklüziv müsahibəsində bildirib ki, bütün xiyabanda uyuyan şəhidləri ozümün övladım sayıram.
Şəhid atası deyib: “Baxın bu gün minlərlə xaçmazlı azadlığımız uğrunda canından keçən şəhidlərin, o cümlədən mənim oğlumun xatirəsini ehtiramla anır. Şəhidlərin şərəfli ömür yolu hər bir gənc üçün nümunədir. Onlar ölümləri ilə müstəqil Azərbaycana nəfəs verdilər. 20 Yanvar şəhidləri Azərbaycanı imperiyanın caynağından xilas etdilər. Mənim oğlum Yavər 1995-ci il martın 13-də dövlət çevrilişinə cəhdin qarşısını almaq məqsədilə silahlıların qarşısına çıxanlardan biri olub. O, qiyamçıların atəşi altında qalan döyüş yoldaşlarını xilas edən zaman qəhrəmanlıqla həlak olub. Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 4 aprel tarixli Fərmanı ilə oğlum Yavər Şahbazova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Milli_Qehremanin_atasi_Xiyabanda_uyuyan_sehidlerin_hamisi_menim_ovladlarimdir-826080

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR