Ətirli və özünəməxsus dadı ilə seçilən mixək mətbəxdə müxtəlif içkilərin və qarışıqların hazırlanmasında istifadə olunur.

Metbuat.az xəbər verir ki, tərkibində antioksidant xüsusiyyətlərə malik birləşmələr olan mixəyi gündəlik qidalanmaya az miqdarda əlavə etmək mümkündür.

Mixək çayı - 2-3 ədəd mixəyi bir stəkan qaynar suda 5-10 dəqiqə dəmləyin. İstəyə görə limon və ya az miqdarda bal əlavə edə bilərsiniz.

Mixək və darçınlı içki - 2 ədəd mixək və kiçik bir parça darçını qaynar suda dəmləyərək ətirli içki hazırlamaq olar.

Mixəkli limonlu su - Bir neçə ədəd mixəyi limon dilimləri ilə birlikdə ilıq suda saxlayaraq təravətləndirici içki əldə etmək mümkündür.

Mixəkli kompot - Alma, armud və ya quru meyvələrdən hazırlanan kompota 2-3 ədəd mixək əlavə etmək içkiyə xoş ətir və dad verir.

Mixəkli isti süd - Bir stəkan isti südə çox az miqdarda üyüdülmüş mixək və darçın əlavə etmək olar. Xüsusilə soyuq havalarda isti içki kimi istifadə edilir.