Şuşada Meksikanın Müstəqillik Gününə həsr olunmuş mərasim keçirilib.
Mətbuat.az xəbər verir ki, tədbirdə Qarabağ və Şərqi Zəngəzura səfər edən diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Mərasim Azərbaycan və Meksikanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoria Romero Kabalyero çıxışında ölkəsinin Müstəqillik Gününü ikinci dəfə Şuşada qeyd etməsindən məmnunluğunu ifadə edib.
“İkinci dəfə Şuşada olmaq və Meksikanın müstəqilliyinin 216-cı ildönümünü qeyd etmək mənim üçün böyük şərəfdir. İlk dəfə bu günü burada 2024-cü ildə qeyd etmişdik. Azərbaycanın tarixi şəhəri, ölkənin mədəniyyət paytaxtı Şuşada Meksikanın Milli Gününü hamınızla birlikdə qeyd etmək üçün yaradılan şəraitə görə Azərbaycan hakimiyyətinə təşəkkürümü bildirirəm”, – səfir deyib