20 Yanvar hadisəsi ayrı-ayrı insanların deyil, bütöv bir xalqın taleyidir

20 Yanvar hadisəsi ayrı-ayrı insanların deyil, bütöv bir xalqın taleyidir
15:28 20 Yanvar 2015
102 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, Ceyhun Rüstəmov, AzərTAc 
20 Yanvar faciəsi Azərbaycan xalqının iradəsini qıra bilmədi. Xalqımız qanı bahasına olsa da, azadlıq və müstəqilliyinə qovuşdu.
Bu sözləri AzərTAc-a müsahibəsində “Əlillərin Bərpa Mərkəzi”nin tibb bacısı Suğra Abbasova söyləyib.
Tibb bacısı bildirib ki, 1990-cı ildə sovet ordusu tərəfindən həyata keçirilmiş bu qanlı aksiya bəşəriyyətə, insanlığa qarşı ən böyük cinayətlərdən biri kimi qiymətləndirilməlidir: “20 Yanvar qırğınını nə qədər böyük ağrı hissi ilə xatırlasaq da, xalqımızın azadlıq uğrunda mübarizə əzminin sınmamasından böyük qürur hissi keçiririk. Çünki 20 Yanvar hadisəsi ayrı-ayrı insanların deyil, bütöv bir xalqın taleyidir. Azərbaycanın müstəqilliyini bərpa etməsi şəhidlərin qanının yerdə qalmadığını göstərdi. Azərbaycan xalqı yaşadıqca, müstəqilliyimiz möhkəmləndikcə şəhidlərimiz heç vaxt unudulmayacaq və onlar bizim yaddaşımızda əbədi qəhrəmanlar kimi qalacaqlar”.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar_hadisesi_ayri_ayri_insanlarin_deyil_butov_bir_xalqin_taleyidir-826085

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR