Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, hadisə sentyabrın 15-də qeydə alınıb.

Belə ki, Asəf Cəlilov idarə etdiyi “Hyundai Santa Fe” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada Miryaqub Sadıqovu vurub.

Piyada aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.