Bakıda "səssiz ölüm" daha iki can aldı

Bakıda "səssiz ölüm" daha iki can aldı
15:41 20 Yanvar 2015
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Dəm qazı daha iki nəfərin ölümünə səbəb olub.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla verdiyi məlumata görə, yanvarın 19-na keçən gecə İsmayıllı rayon sakini İman Nəsibov Sabunçu rayonunun Pirşağı qəsəbəsində gözətçi işlədiyi kafedə dəm qazından zəhərlənib.

Həmin şəxsin zəhərlənmədən öldüyü məlum olub.

Digər bir dəm qazından zəhərlənmə faktı Gəncədə baş verib. Şəhər sakini Qəhrəman Zeynalov mənzilində dəm qazından zəhərlənərək ölüb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=320765

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR