“Formula 2” Azərbaycan Qran-Prisi üzrə əsas yarışa start verilib.
Metbuat.az-ın xüsusi müxbiri xəbər verir ki, Bakı Şəhər Halqasında keçirilən “Feature Race”də 11 komandadan 22 pilot mübarizə aparır.
“Formula 2”də əsas yarış 29 dövrədən ibarətdir və maksimum 60 dəqiqə davam edəcək. Yarışın startı saat 14:15-də verilib.