Amerikanın “Eurasia Hoy” xəbər portalında Qara Yanvara həsr olunan məqalə dərc edilib 

Amerikanın “Eurasia Hoy” xəbər portalında Qara Yanvara həsr olunan məqalə dərc edilib 
15:43 20 Yanvar 2015
141 Ölkə
Ölkə mətbuatı
A- A+


Vaşinqton, 20 yanvar, AzərTAc
Amerikanın ispandilli “Eurasia Hoy” xəbər portalı AzərTAc-ın ABŞ-da xüsusi müxbiri Yusif Babanlının “Qara yanvar: müstəqilliyə aparan yol” sərlövhəli məqaləsini dərc edib.
Məqalədə Azərbaycanın 1920-ci ilin aprelində Qırmızı Ordu tərəfindən işğalından sonra xalqın azadlıq və müstəqillik yolunda tarixi təcrübəsindən danışılır. Müəllif yazır ki, sovet hökumətinin mövcud olduğu 70 ildə Azərbaycan ərazisinin bir hissəsi ondan qoparılıb və qonşu Ermənistana hədiyyə edilib. Zəngəzur və Göyçənin azərbaycanlı əhalisi isə öz doğma yurdlarından sistematik olaraq məcburi köçürülmələrə məruz qalıb. Jurnalist qeyd edir ki, “1960-cı illərdə də Naxçıvanın və Qazax rayonunun bir neçə kəndi Ermənistan SSR-ə verilib”.
Daha sonra müəllif Eduard Qriqoryanın bilavasitə lider rolu oynadığı Sumqayıt hadisələrinə gətirib çıxaran, 1987-ci ilin noyabrında Masis və Quqarkdan azərbaycanlıların qovulmasından yazır. 1990-cı ilin yanvar hadisələrindən danışan müəllif qeyd edir ki, “qoşunların Bakıya yeridilməsi planı respublikanı qorxutmaq, xalq hərəkatını boğmaq üçün irəlicədən hazırlanmışdı”. Məqalədə Bakının dinc əhalisinə divan tutmuş sovet hərbçilərinin vəhşiliyindən  və qəddarlığından bəhs edilir.
Sonda müəllif yazır ki, sovet hakimiyyəti Qırmızı Ordunun Azərbaycana yeridilməsi tarixini 70 il ərzində bayram kimi keçirməyə məcbur edib, lakin 20 yanvar hadisələri bu ordunun bir müddət sonra Azərbaycanı  tərk etməsini təmin etdi.
Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:
(http://eurasiahoy.com/19012015-enero-negro-el-sendero-la-independencia/).



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Amerikanin_Eurasia_Hoy_xeber_portalinda_Qara_Yanvara_hesr_olunan_meqale_derc_edilib_-826088

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR