Fransanın satirik jurnalı “Charlie Hebdo”nun yeni baş redaktoru terror aktı zamanı xəsarət almış əməkdaşı təyin edilib.
APA-nın məlumatına görə, Loran Surisso adlı bu karikaturaçı “Riss” ləqəbi ilə məşhurdur. Yanvarın 7-də jurnalın redaksiyasına edilmiş terror hücumu zamanı rəssam sağ çiynindən yaralanıb. Onun yanvarın 20-də xəstəxanadan buraxılması planlaşdırılır.
Xatırladaq ki, “Charlie Hebdo”nun keçmiş rəhbəri də terror hücumu zamanı ölənlər sırasındadır.
İki nəfərin jurnalın ofisinə hücumu zamanı orada olan bütün əməkdaşlara atəş açılıb. Onlardan 12-si ölüb. Cinayətdə təqsirli bilinən şəxslər isə yalnız 2 gün sonra aşkar edilib və onlar Paris yaxınlığındakı xüsusi əməliyyat zamanı məhv ediliblər.
Milli.Az
Milli.Az