Türkiyə mediası: 20 Yanvar Azərbaycanın dövlət müstəqilliyinin bərpasında xüsusi yeri olan gündür

Türkiyə mediası: 20 Yanvar Azərbaycanın dövlət müstəqilliyinin bərpasında xüsusi yeri olan gündür
16:33 20 Yanvar 2015
141 Ölkə
Ölkə mətbuatı
A- A+


İstanbul , 20  yanvar, AzərTAc
İyirmi  Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar Türkiyənin aparıcı media orqanlarında çeşidli məqalələr yayılmaqdadır.
Yerli xəbər agentlikləri, radio və televiziya kanalları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də - Ümumxalq Hüzn Günündə şəhidlərin xatirəsini yad etməsi barədə məlumatlar verib.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet imperiyasının Azərbaycanda törətdiyi hərbi cinayəti qardaş yanğısı ilə xatırladan Türkiyə mətbuatı yazır ki, tarixin bütün dövrlərində öz azadlığı uğrunda əzmlə mübarizə aparan Azərbaycan xalıq heç zaman köləliklə barışmayıb.
Diqqətə çatdırılır ki, xalqının xilaskar oğlu Heydər Əliyev Qara yanvar hadisələrindən sonra Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində 20 Yanvar faciəsini törədənləri kəskin ittiham etməklə öz xalqının mübarizə əzminə mənəvi dayaq olub, azadlıq eşqini daha da alovlandırıb.
Türkiyə mediası 20 Yanvarı Azərbaycanın dövlət müstəqilliyinin bərpasında xüsusi yeri olan gün kimi dəyərləndirir.
Materiallarla aşağıdakı linklərdə tanış olmaq mümkündür:
http://www.aa.com.tr/tr/dunya/452860--azerbaycanda-20-ocak-katliaminin-kurbanlari-aniliyor
http://www.yenisafak.com.tr/foto-galeri/azerbaycanda-20-ocak-katliami-kurbanlari-aniliyor/2003093
http://www.dha.com.tr/en-son-haber-azerbaycanda-20-ocak-sehitleri-torenlerle-anildi-son-dakika-ha
Sabir Şahtaxtı,       
AzərTAc-ın xüsusi müxbiri
İstanbul 


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turkiye_mediasi_20_Yanvar_Azerbaycanin_dovlet_musteqilliyinin_berpasinda_xususi_yeri_olan_gundur-826107

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR