20 Yanvar qurbanları Quba da da anılıb. Minlərlə insan Qubadakı Şəhidlər Xiyabanını ziyarət edib, orada uyuyanların ruhlarına dualar oxuyublar.
Bu gün Vahid Mustafa Yevin "Qanlı yanvar" filminin Qubada da nümayişi baş tutub. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, film Heydər Əliyev Mərkəzində təqdim edilib.
Nümayişə rayon icra hakimiyyətinin başçısı, müavinlər, ictimai xadimlər də qatılıblar. Quba İH rəhbəri Mübariz Ağayev möhtəşəm filmə görə rejissor V.Mustafa Yevə təşəkkür edib. O, filmi Azərbaycanın müasir kino tarixində ən önəmli işlərindən biri adlandırıb.
Film böyük marağa səbəb olub.
Qeyd edək ki, adıçəkilən filmin təqdimatı ötən gün Bakıda baş tutub. Bu gün isə Bakı da daxil olmaqla respublikanın bir çox rayonlarında 20 yanvar faciəsindən bəhs edən filmin nümayişi olub.
Mənbə
ANS PRESS Aytəkin Alxaslı