"Yanğın təhlükəsizliyi və dəm qazı ilə mübarizə sahəsində ictimaiyyətin rolu" (FOTO)

"Yanğın təhlükəsizliyi və dəm qazı ilə mübarizə sahəsində ictimaiyyətin rolu" (FOTO)
17:03 25 Dekabr 2014
394 Sosial
Ölkə mətbuatı
A- A+

25 dekabr 2014-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 233 nömrəli tam orta məktəbin akt zalında Qaradağ Rayon İcra Hakimiyyəti ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi birlikdə "Yanğın təhlükəsizliyi və dəm qazı ilə mübarizə sahəsində ictimaiyyətin rolu" mövzusunda tədbir keçirildi.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini birinci Emil Abbasov, Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev, Operativ reaksiyavermə və əməliyyat-palnlaşdırma idarəsinin rəisi Vaqif Teymurov, Təlim və əməliyyat planlaşdırma şöbəsinin rəisi Yolçu Yolçuyev, Operativ məlumat şöbəsinin rəisi Orxan Bağırov, Təşkilati səfərbərlik bölməsinin baş zabiti Toğrul Vəliyev və rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edirdilər.

Tədbir nəzəri və praktik olmaqla iki hissədən ibarət olub.

İlk öncə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov keçirilən tədbirin əhəmiyyətindən danışaraq hər kəsin fövqəladə hallar zamanı davranış qaydalarını bilmələrinin olduqca vacib olduğunu vurğuladı.

Daha sonra çıxış edən Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev FHN-nin gördüyü işlərdən danışaraq keçirilən tədbirin məqsədi barədə məlumat verdi.

Sonra yanğın təhlükəsizliyi və dəm qazından qorunma üsulları barədə videoçarx nümayiş olundu. “Yanğınların profilaktikası və yanğın zamanı hərəkət qaydaları”, “Dəm qazı və onunla mübarizə üsulları”, “Yanğın təhlükəsizliyi və valideyn məsuliyyəti”, “Qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydaları” və “Yeni il tədbirlərində təhlükəsizlik qaydaları” mövzularında çıxışlar olundu.

Çıxışlar zamanı tədbir iştirakçılarına fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı, məişətdə qaz cihazlarından istifadə zamanı və ətrafa civə dağıldıqda təhlükəsizliyin təmin edilməsi və sairlə bağlı ətraflı məlumat verilib.

Praktik hissə zamanı məktəbin həyətində Bakı Regional Mərkəzinin xilasediciləri tərəfindən “Sprinter” (“Mercedes BENZ”) markalı xüsusi təyinatlı avtomobil və onun təchiz olunduğu spesifik alət və avadanlıqlar, Dövlət Sularda Xilasetmə Xidmətinin akvalanqı, xilasetmə və üzmə vasitələri, Mülki müdafiə qoşunlarının fərdi mühafizə vasitələri, radiasiya, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazları, onların təyinatı və iş prinsipləri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarında istifadə olunan texnika və avadanlıqları, xüsusi kinologiya avtomobili, Tibb Xidmətinin və Bakı şəhər Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının əməkdaşları tərəfindən maneken-mulyaj üzərində yaralılara ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıqlar və qanaxmalar zamanı iş üsulları tədbir iştirakçılarına nümayiş olunub.

Bundan əlavə, qoyulması simulyasiya edilmiş partlayıcı qurğu Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji idarəsinin xüsusi təlim keçmiş iti tərəfindən tapılıb və pirotexnik tərəfindən zərərsizləşdirilib.

Tədbir FHN Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının məktəbin həyətində yanğınsöndürmə texnika və vasitələrinin təyinatı və onlardan istifadə qaydaları barədə təqdimatı və şərti yanğının söndürülməsi əməliyyatı ilə başa çatıb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2347693.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR