Ağstafada 20 Yanvar şəhidinin məzarı ziyarət olunub

Ağstafada 20 Yanvar şəhidinin məzarı ziyarət olunub
17:13 20 Yanvar 2015
136 Ölkə
Ölkə mətbuatı
A- A+


Ağstafa, 20 yanvar, AzərTAc
20 Yanvar faciəsinin 25-ci ildönümü münasibəti ilə Ağstafa rayonunun Şəhidlər xiyabanında anma mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələri qoyulub, şəhidlərin məzarı üzərinə qərənfillər düzülüb.
Anma tədbirində matəm musiqi sədalarının müşayiəti ilə şəhidlərin qəhrəmanlığını vəsf edən şeirlər söylənilib.
Mərasim iştirakçıları Ağstafa rayonunun Vurğun qəsəbəsində 20 Yanvar şəhidi Əzizov Habil Kommunar oğlunun məzarını ziyarət ediblər. Şəhid məzarının üzərinə tər qərənfillər düzülüb. Ağstafa şəhərində, Xətai, Göycəli və Dağ Kəsəmən kəndlərində Azərbaycanın Milli qəhrəmanları Rafiq Alıcanovun, İlham Həsənovun, Novruz Qurbanovun və Arif Qədiməliyevin büstləri də ziyarət edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Agstafada_20_Yanvar_sehidinin_mezari_ziyaret_olunub-826128

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR