Bakı, 20 yanvar, AzərTAc
Auditorlar Palatası auditor və mühasib kadrlarının hazırlanması üçün mühasibat uçotu üzrə kurslar təşkil edir.
Palatadan AzərTAc-a bildiriblər ki, kurslar aprelin 1-dən mayın 1-dək keçiriləcək. Kursları audit və mühasibatlıq sahəsində böyük təcrübəyə malik yüksək ixtisaslı müəllimlər tədris edirlər. Sonda iştirakçılara müvafiq sertifikatlar veriləcək. Kurslar ödənişlidir.
İştirak etmək istəyənlər martın 20-dək Auditorlar Palatasına müraciət etməlidirlər.