Səfir: “Kiyev Ukrayna münaqişəsinin həlli üçün Vladimir Putinin təklif etdiyi planı bəzi düzəlişlərdən sonra qəbul etməyə hazırdır”

17:27 20 Yanvar 2015
69 Dünya
Ölkə mətbuatı
A- A+

[ 20 Yanvar 2015 17:23 ]


Bakı - APA. Rəsmi Kiyev Rusiya prezidenti Vladimir Putinin Ukrayna münaqişəsinin həlli üçün təklif etdiyi planı bəzi düzəlişlərdən sonra qəbul etməyə hazırdır.

 

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın UKraynadakı səfiri Mixail Zurabov deyib.

 

“Planın bəzi hissələrini dəqiqləşdirmək üçün onun üzərində işləmək lazımdır”, - deyə M. Zurabov deyib.

 

Diplomat qeyd edib ki, plana ediləcək dəyişikliklər əsasən texniki xarakterlidir.

 

Qeyd edək ki, ötən həftə V. Putin Ukrayna prezidenti Pyotr Poroşenkoya Ukrayna münaqişəsinin həllini özündə ehtiva edən planı göndərib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369712

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR