O qanlı şənbə gecəsindən 25 il ötür

O qanlı şənbə gecəsindən 25 il ötür
17:38 20 Yanvar 2015
121 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, AzərTAc
Bəşər tarixində insanlığa qarşı törədilən ən ağır cinayətlərdən olan 20 Yanvar faciəsi qurbanlarının xatirəsi Hərbi Dəniz Qüvvələri tərəfindən də böyük ehtiramla anılıb.
Bu barədə AzərTAc-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Məlumatda deyilir ki, Qanlı Yanvar faciəsinin 25-ci il dönümünə həsr olunan anma mərasimin iştirakçıları əvvəlcə faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Mərasimdə çıxış edənlər 20 Yanvar hadisələrinin Azərbaycan xalqının azadlıq mübarizəsində oynadığı rol barədə fikirlərini bildiriblər.
Vurğulanıb ki, həmin qanlı hadisələr öz azadlığına və müstəqilliyinə can atan xalqımızın mübarizliyini və məğrurluğunu nümayiş etdirən bir qəhrəmanlıq tarixidir. Qanlı Yanvar faciəsinə məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə siyasi-hüquqi qiymət verilib.
Sonda 20 Yanvar faciəsinə həsr edilmiş videotəqdimatlar olub və Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin bədii kollektivinin təqdimatında matəm musiqisi səslənib.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/O_qanli_senbe_gecesinden_25_il_otur-826134

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR