Rusiya Ukraynaya tədarük olunan qaz üçün güzəşti ləğv edir

Rusiya Ukraynaya tədarük olunan qaz üçün güzəşti ləğv edir
17:49 20 Yanvar 2015
63 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya aprel ayının 1-dən etibarən Ukraynaya tədarük olunan qaz üçün nəzərdə tutulan endirimi ləğv edir.

 

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın baş naziri Dmitri Medvedev bildirib.

 

Onun sözlərinə görə, endirim qüvvədən düşəndən sonra Rusiyadan Ukraynaya tədarük olunan qaz üçün tariflər iki ölkə arasında imzalanan sazişə əsasən müəyyən olunacaq.

 

Baş nazir əlavə edib ki, Rusiya Ukrayna qarşısında qaz tədarükü ilə bağlı götürdüyü öhdəlikləri yalnız qarşı tərəfin borcunu ödədiyi halda yerinə yetirəcək.

 

Qeyd edək ki, hazırda Ukraynanın Rusiyaya qaz tədarükünə görə borcu 2,44 mlrd. dollardır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190896

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR