Mingəçevirdəki Şəhidlər xiyabanı yenidən qurulub

17:58 20 Yanvar 2015
94 Ölkə
Ölkə mətbuatı
A- A+


Mingəçevir, 20 yanvar, AzərTAc
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmancasına həlak olan soydaşlarımızın xatirəsini əbədiləşdirmək məqsədilə Mingəçevir şəhərində salınmış Şəhidlər xiyabanında yenidənqurma və əsaslı təmir işləri aparılıb.
AzərTAc xəbər verir ki, xiyabanın ərazisinə yeni tamet plitələr döşənib, 204 şəhidin məzarı üzərindəki sinə və baş daşları ağ və qara mərmər daşlarla əvəz edilib, şəhidin adı, şəkli, doğum və ölüm tarixi əks olunan qranit daşlar qoyulub.
Şəhidlər xiyabanında “Ədəbi məşəl” kompleksi və “Şəhidlərin xatirə muzeyi” təmir edilib, yeni işıqlandırma sistemi quraşdırılıb, əraziyə içməli su və təbii qaz xətti çəkilib. Xiyabana ağac və gül kolları əkilib, çəmənlik salınıb, ətraf abadlaşdırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mingechevirdeki_Sehidler_xiyabani_yeniden_qurulub-826140

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR