Yəməndə ordu generalına sui-qəsd edilib

Yəməndə ordu generalına sui-qəsd edilib
18:03 20 Yanvar 2015
114 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, AzərTAc 
Yəməndə silahlı qüvvələrin generalına sui-qəsd edilib. Nəticədə beş əsgər həlak olub.
AzərTAc xarici KİV-ə istinadla xəbər verir ki, hadisə ölkənin şərqindəki Hadramaut əyalətinin Əl-Kath rayonunda baş verib. Naməlum yaraqlılar 135-ci briqadanın komandiri Yəhya Əbu Avacanın avtomobil karvanının hərəkət etdiyi yola partlayıcılar yerləşdiriblər. Partlayışların ardınca hərbi qulluqçular odlu silahdan atəşə tutulub.
Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib. Bununla belə, güman edilir ki, basqının arxasında Əl-Qaidə terroçu qruplaşmasımın Ərəbistan yarımadasındakı ekstremist qrupu (AKAP) dayanır. AKAP adətən ölkə silahlı qüvvələrinin yüksək rütbəli zabitlərini hədəf seçir.
Ölkənin paytaxtı Sənada artıq ikinci gündür ki, gərginlik hökm sürür. Güc strukturları ilə şiə üsyançılar arasında ötən gün baş verən silahlı qarşıdurmalarda azı 9 nəfərin öldürüldüyü, daha 67 nəfərin zərər çəkdiyi bildirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yemende_ordu_generalina_sui_qesd_edilib-826143

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR