Şəhidlərimiz cəbhədə anıldı (FOTO)

Şəhidlərimiz cəbhədə anıldı (FOTO)
18:16 20 Yanvar 2015
104 Dünya
Ölkə mətbuatı
A- A+

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı Sərəncamına uyğun olaraq, yanvarın 20-də cəbhə xəttində yerləşən Füzuli rayonundakı Şəhidlər Xiyabanında anım tədbiri keçirilib.

ANS PRESS-in məlumatına görə, rayonun hüquq mühafizə orqanları, idarə, müəssisə, təşkilatları və ictimaiyyət nümayəndələri iştirak etdiyi tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükütla yad olunub, onların ruhlarına dualar oxunub.

Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 20 Yanvarın faciəsindən danışıb. O, 20 Yanvar hadisələrini Azərbaycan xalqının azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq mübarizəsi kimi səciyələndirib: "Bu fFaciə Azərbaycan xalqına və insanlığa qarşı törədilmiş dəhşətli cinayətdir. Ümummilli lider Heydər Əliyevin o vaxt hələ Moskvada olarkən həyatını təhlükəyə ataraq 20 Yanvar hadisələri ilə bağlı cəsarətli bəyanatla çıxış etdi. Ulu öndərin səyi ilə hadisələrə əsl siyasi qiymət verildi."

Onun sözlərinə görə, 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlığı uğrunda apardığı mübarizəsinin şanlı tarixidir. Ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları həmin gün canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Böyük itkilərlə, günahsız insanların qətlə yetirilməsi ilə nəticələnən bu faciə eyni zamanda xalqımızın mübarizliyini, əyilməzliyini və məğrurluğunu bir daha nümayiş etdirib. Müstəqil Azərbaycan durduqca faciə qurbanlarının xatirəsi də daim qəlblərdə yaşayacaq."

Çıxış edənlər faciə qurbanlarının Azərbaycanın müstəqilliyi yolunda şəhid olduqlarını və onların işıqlı xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğulayıblar.

Bu gün saat 12:00-da resapublikamızın hər yerində olduğu kimi, Füzuli rayonu ərazisində də 20 yanvar şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, nəqliyyatın hərəkəti dayandırılıb.









Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=320741

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR