Azərbaycan polisinin iş rejimi dəyişir

Azərbaycan polisinin iş rejimi dəyişir
17:13 25 Dekabr 2014
89 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycan polisi bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, 2014-cü il dekabrın 31-dən 2015-ci il yanvarın 5-dək daxili işlər orqanları gücləndirilmiş iş rejiminə keçəcək. Daxili işlər naziri general-polkovnik Ramil Usubov 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı günlərində ictimai asayişin mühafizəsi üzrə əlavə tədbirlərə dair əmr imzalayıb.

Əmrə əsasən, bayram günlərində tədbirlərin keçirildiyi, o cümlədən əhalinin kütləvi istirahət yerlərində və digər ərazilərdə ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının etibarlı qorunmasının təmin edilməsi məqsədilə 2014-cü il dekabrın 31-dən 2015-ci il yanvarın 5-dək Daxili İşlər Nazirliyinin tabe qurumlarının, ərazi polis orqanlarının, nizami polis hissələrinin şəxsi heyəti gücləndirilmiş iş variantına keçiriləcək.

Hüquq qaydasına nəzarətin gücləndirilməsi məqsədilə ictimai yerlərdə və küçələrdə post-patrul naryadlarının sıxlığı artırılacaq.

Qeyd edək ki, dekabrın 31-dən yanvarın 5-dək Azərbaycanda qeyri-iş günləridir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2347705.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR